Amerikada eyvanın uçması nəticəsində 15 nəfər xəsarət alıb


Dünya 09 İyl 2018 06:20:00 265 0

Amerikada eyvanın uçması nəticəsində 15 nəfər xəsarət alıb

Hadisə Konnektikut ştatında baş verib

Amerikanın Konnektikut ştatının Hartford şəhərində eyvan uçub.

“Report” "ABC News"a istinadən xəbər verir ki, hadisə zamanı ikinci mərtəbənin eyvanı üzərində təqribən 20 nəfər olub.

Nəticədə 15 nəfər xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, xəsarət alanlar arasında uşaqlar da var. Hadisə iki körpənin ad gününə həsr olunmuş gecə zamanı qeydə alınıb.