Azərbaycanda bu evdə bir dahi dünyaya gəlib,


Digərləri 08 İyl 2018 22:34:00 318 0

Azərbaycanda bu evdə bir dahi dünyaya gəlib,

Azərbaycanın səfalı diyarı olan Xızı təbiəti, füsunkarlığı ilə yanaşı, həm də bir çox dahi şəxsiyyətimizin doğulub boya-başa çatdığı rayonlarımızdandır. Bu torpaqda Mikayıl Müşfiq, Cəfər Cabbarlı kimi dahilər dünyaya göz açıb.

Bu dəfə qərara gəldik ki, yaşadıqları çox qısa ömürlərində qiymətli yaradıcılığa və böyük şöhrətə imza atmağı bacarmış dahilərimizin yurduna səfər edək. Bənzərsiz istedad sahibi, dramaturq, şair, nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, Əməkdar incəsənət xadimi olmuş Cəfər Cabbarlının Xızıdakı izlərini ziyarət edək.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, cəmi 35 il ömür sürmüş Cəfər Cabbarlının 1899-cu ilin 20 martında Xızıda dünyaya gəldiyi ev hazırda eksponat kimi qorunub saxlanılır. Bu ev 1956-cı ildən muzey kimi fəaliyyətə başlayıb. Ancaq muzeyə rəsmi status 1961-ci ildə verilib.

Kasıbçılıq və yoxsulluq üzündən ailəsi 1903-cü ildə Bakıya köçsə də, C.Cabbarlı ara-sıra Xızıdakı evlərinə gəlirmiş. Orada yaşayan və yaradıcılıqla məşğul olan bibisi Zərnişanla, dağ kəndlərindəki qohumları ilə görüşürmüş.

Həmin muzeydə olduğumuz zaman düşünürdük ki, Bakıdan cəmi 110 kilometr uzaqlıqda yerləşən bu evin varlığından, bəlkə də, çoxları xəbərsizdir. Bir çoxları bu xatirələrlə dolu evin yanından keçsə də, yəqin ki, əhəmiyyət verməyib. Buna səbəb isə ev muzeyinin hündür villalar arasında itib-batmasıdır.

Cəfər Cabbarlı bu evdə cəmi iki il yaşayıb. Buna baxmayaraq, evin hər bir daşında dahi dramaturqun silinməz izləri görünür. Kim bilərdi ki, bir kömürçünün tikdiyi bu koma gələcəkdə tarixi muzeyə çevriləcək, illər keçsə belə, qonaqlı-qaralı olacaq.

Muzey C.Cabbarlının həyat yoldaşı Sona xanımın təşəbbüsü ilə yaradılıb. Lakin SSRİ dövründə yazıçılarmıza qarşı münasibətin birmənalı olmadığına görə baxımsız qalıb. Muzeyin sökülüb-tökülməsi heç kimi maraqlandırmayıb.


Xəbərə aid fotolar