Yaponiyada leysan yağışlarından ölənlərin sayı


Dünya 08 İyl 2018 21:46:00 235 0

Yaponiyada leysan yağışlarından ölənlərin sayı

21:46

Yaponiyada leysan yağışların yaratdığı sürüşmə və daşqınlar nəticəsində artıq 85 nəfər həyatını itirib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə rəsmi məlumatlara istinadən NHK informasiya yayıb.

Bildirilir ki, 6 nəfər son dərəcə ağır vəziyyətdədir, daha 58 nəfər itkin düşmüş hesab olunur.

19:51

Yaponiyada leysan yağışlar və onların doğurduğu torpaq sürüşmələri səbəbindən təxminən 80 nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, səkkiz nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, itkin düşənlərin sayı ən azından 58 nəfərdir.

Qaranlıq olmağına baxmayaraq, yapon xilasediciləri Özünümüdafiə Qüvvələrinin bölmələrinin dəstəyi ilə axtarışları davam etdirirlər. Ümumilikdə axtarışlara və xilasedici əməliyyatlara 59 min FHN əməkdaşı, Özünümüdafiə Qüvvələrinin əsgəri və polis əməkdaşı cəlb olunub.

15:30