287 nəfər Küveytdə restoranda zəhərlənib


Dünya 08 İyl 2018 21:48:00 309 0

287 nəfər Küveytdə restoranda zəhərlənib

Küveytin Havalli şəhərində yerləşən restoranlardan birində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, restoranının 287 müştərisi falafel yeməyindən zəhərlənib. Onların hamısı xəstəxanaya çatıdırılıb, lakin hazırda əksəriyyəti evə buraxılıb.

Hazırda xəstəxanada 53 nəfər müalicə alır, onların vəziyyəti normaldır.