Şəkidə xəstə özünü ikinci mərtəbədən yerə atıb


Digərləri 08 İyl 2018 20:36:00 276 0

Şəkidə xəstə özünü ikinci mərtəbədən yerə atıb

Bu gün günorta saatlarında Şəki Əsəb Xəstəlikləri Dispanserinə müalicəyə gətirilmiş rayonun Böyük Dəhnə kənd sakini 1980-ci il təvəllüdlü Şahmar Məmmədsaleh oğlu Osmanov dispanserin ikinci mərtəbəsində  pəncərəni sındıraraq özünü yerə atıb.

Son.az APA-ya istinadən xəbər verir ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan Şahmar Osmanov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan APA-ya bildirilib ki, Şahmar Osmanova sol qolun dirsək nahiyəsinin açıq sınığı və başın alın nahiyəsinin cırılmış yarası diaqnozu qoyulub. Şahmar Osmanova lazımi tibbi yardım göstərildikdən sonra Şəki Əsəb Xəstəlikləri Dispanserinə geri göndərilib.

Faktla bağlı araşdırma aparılır.