“Qarnıma ilan girdi, yenə də ölmədim”


Digərləri 08 İyl 2018 19:33:00 242 0

“Qarnıma ilan girdi, yenə də ölmədim”

Xəstəliyə düçar olmadım. Hər kəs, hətta övladlarım belə öldü, ancaq mən ölmədim. Qarnıma ilan girdi, yenə də ölmədim.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu fikirləri Əskişəhərdə yaşayan və yaşı 100-ü keçmiş Aişə Küçükyılmaz türk mediasına deyib.

Bir əsri çoxdan geridə buraxan xanım bildirib ki, hətta yunanlar Əskişəhəri işğal etdiyi dövrü də xatırlayır:

"O zaman 10 yaşım vardı. Bizim arılarımız vardı. Yunanlar arılarımızı buraxdılar, balları isə götürüb yedilər. Çox zülm etdilər. Paşa gəlincə, hamısı qaçdı. Qaçarkən hər yeri yandırdılar. Paşa deyəndə Atatürkü nəzərdə tuturam. Biz onda bunu bilmirdik. Çox cəsarətli paşa idi. Allah bir də elə zülmlər nəsib etməsin".