Hansı imam Həccə gedə bilməyib?


Digərləri 08 İyl 2018 19:20:00 242 0

Hansı imam Həccə gedə bilməyib?

İmam Həsən Əsgərinin(ə) Mədinədə ya İraqın Samirra şəhərində dünyaya gəlməsi dəqiq deyil. Bu zaman Mütəvəkkil Abbasi İmam Hadini Mədinədən Samirraya gətizdirdi. Məqsəd isə imamın Samirrada hərbi qərargahda nəzarət altında saxlanılması idi. Buna görə imam Hadiyə və eləcə də 11 -ci imama bəzən Əsgəri deyilir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, hər halda bu dəqiq tarixdir ki, imam Həsən Əsgəri(ə) uşaq yaşlarında ikən Həccə gedə bilməyib. Çünki onlar ev dustaqlığı şəraitində idilər. İmamın həccə yollanması haqda da dəqiq bir hədis və fakt yoxdur.

Amma Əllamə Məclisi Biharul-Ənvar əsərində (cild-50 səh-265, cild-25 səh-269) bəzi hədisləri gətirir ki, orada шmam Həsən Əsgərinin(ə) bəzən Abbasi xəlifəsinin icazəsi ilə şəhər ətrafına çıxması qeyd edilir.

Belə bir zamanlarda imamın Məkkəyə həccə gedəcəyi istisna edilmir.