Zəmanə İmamını (ə.f) öz əməllərimizlə bu cür yad edək


Digərləri 08 İyl 2018 19:10:00 284 0

Zəmanə İmamını (ə.f) öz əməllərimizlə bu cür yad edək

Son.az islaminsesi.info-ya istinadən Ustad Darastaninin zəmanə İmamını daima yaddaşda, qəlbdə saxlamaq üçün dəyərli tövsiyəsini təqdim edir:

İmam Sadiq (ə) buyurdu: "İmam Qaim (ə.f) bizim yanmış qəlbimizin atasıdır."

İnsan hər vaxt hər hansı məsumun (ə) hərəminə gedərkən onları mənəvi ata bilib deyə bilər:

"Salam olsun sənə Atacan!" Onları (ə) sınıq qəlblərin, qəmə düçar olanın atası adı ilə də çağıra bilər.

Əgər biz öz məhəbbətmizi İmam Zamanın (ə.f) qəlbində çoxaltmaq istəyiriksə, bunu bir neçə yolla edə bilərik:

1-ci bütün xeyir əməllərimizi İmamın (ə.f) pak vücudunə hədiyyə edək...

Sədəqə vermək istəyirik, xeyir iş görmək istəyirik, valideynlərimizin ruhuna hədiyyə etmək üçün iş görmək istəyirik. Bunların hamısını o Həzrətin (ə.f) yolunda edək!

Cümə gecəsində ata-analarımızın ruhuna ehsan vermək istəyirik. Bütün bunları İmama (ə.f) hədiyyə etməklə edək və deyək:

"Ağacan vəfat edən ata-analarımıza nəzər elə!"

Övladın xəsdədirsə, ona qan vermək istəyirsənsə və ya qurban ehsan etmək istəyirsənsə, bunları Höccətin niyyətinə elə və  de:

"Ağacan! Övladımıza nəzər elə!"

İmam Sadiq (ə) buyurub:

"Hər kəs Höccətin yolunda bir dirhəm xərcləsə, bu öz yolunda xərclədiyi 2 milyon dirhəmdən əfzəldir."