Bakıda 6 otaqlı, Sumqayıtda 2 otaqlı evdə yanğın olub


Digərləri 08 İyl 2018 19:16:00 220 0

Bakıda 6 otaqlı, Sumqayıtda 2 otaqlı evdə yanğın olub

Bakı və Sumqayıt şəhərlərində yaşayış evlərində yanğın baş verib.

Son.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları və əşyalar 20 m² sahədə yanıb.

Yüksək temperaturdan 1-ci və 2-ci mərtəbələrin hamam otağının lambirdən ibarət tavanı 12 m² sahədə, 2-ci mərtəbədə 2 ədəd məişət texnikasının üzlük hissəsi əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Sumqayıt şəhərində isə ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd elektrik avadanlığı və ev əşyaları 5 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.