Xomeyninin nəvəsinin paylaşdığı FOTO ölkədə səsküy yaratdı


Dünya 08 İyl 2018 18:51:00 310 0

Xomeyninin nəvəsinin paylaşdığı FOTO ölkədə səsküy yaratdı

İran inqilabının lideri Ayətullah Xomeyninin nəvəsi Əli İşrakinin ailəsiylə paylaşdığı foto ölkədə səs-küy yaradıb.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, buna səbəb İşrakinin qızı Yasəminin qolundakı pələng dərili dizayn edilmiş çanta olub.

"Dolce& Gabbana" brendindən olan çantanın dəyəri 3 min 799 dollardır. Qısa müddətdə sosial şəbəkədə və bəzi media orqanlarında yayılan foto ölkənin yarıdan çoxunun iqtisadi böhrandan əziyyət çəkdiyi dövrdə heç də xoş qarşılanmayıb. #IranRegimeChange haştaqı ilə yayılan foto haqda "Bu da iranlı elit təbəqə ilə xalq arasındakı fərq" sözləri yazılıb. 

Yasəmən daha sonra "Snapchat"dan paylaşdığı foto ilə çantanın saxta olduğunu deyib:


Xəbərə aid foto