Hikmət Hacıyev: Tərtər rayonuna edilən səfər əsnasında əldə edilən məlumatlar gələcək fəaliyyətdə istifadə olunacaq


Digərləri 08 İyl 2018 16:15:00 305 0

Hikmət Hacıyev: Tərtər rayonuna edilən səfər əsnasında əldə edilən məlumatlar gələcək fəaliyyətdə istifadə olunacaq

9 iyul Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə XİN-nin 50 nəfərə yaxın əməkdaşı qoşunların təmas xəttindəki vəziyyət, ön xətdə xidmət edən əsgər və zabitlər...

Bakı. 9 iyul Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə XİN-nin 50 nəfərə yaxın əməkdaşı qoşunların təmas xəttindəki vəziyyət, ön xətdə xidmət edən əsgər və zabitlər, habelə həmin əraziyə yaxın yaşayan yerli sakinlərin gündəlik həyat şəraiti ilə yerində yaxından tanış olmaq üçün Tərtər rayonuna səfər ediblər. Bunu Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Bu səfər həmçinin, Tərtər rayonunun tərkibinə daxil edilən Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümünə təsadüf edir.