XİN nümayəndə heyəti cəbhə bölgəsinə səfər edib (FOTO)


Digərləri 08 İyl 2018 15:05:00 271 0

XİN nümayəndə heyəti cəbhə bölgəsinə səfər edib (FOTO)

Cəbhə bölgəsinə səfər edən Xarici İşlər Nazirliyinin nümayəndələri tikilmiş yeni şəhərciklə tanış oldular, orada yaradılan mükəmməl şəraiti öz gözləri ilə gördülər.

Bakı. Cəbhə bölgəsinə səfər edən Xarici İşlər Nazirliyinin nümayəndələri tikilmiş yeni şəhərciklə tanış oldular, orada yaradılan mükəmməl şəraiti öz gözləri ilə gördülər. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin ikinci katibi Ruhlan Nəbiyev bildirib. Katibin sözlərinə görə, səfərdə olan nümayəndələr "Marağa-150" abidəsini gördülər, hansıki 1978-ci ildə ermənilərin İranın Marağa şəhərindən Qarabağa köçürülməsi ilə əlaqədar qurulub və sonradan məqsədyönlü şəkildə məhv edilib.