Belçikalılar Trampı öz ölkələrində görmək istəmirlər


Dünya 08 İyl 2018 14:53:00 252 0

Belçikalılar Trampı öz ölkələrində görmək istəmirlər

İyulun 11-12-də Belçikanın paytaxtı Brüsseldə təşkil ediləcək NATO zirvəsində iştirak edəcək ABŞ prezidenti Donald Tramp əleyhinə aksiya keçirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, minlərlə etirazçı paytaxt Brüsseldə toplaşaraq Tramp əleyhinə şüarlar səsləndiriblər.

Onlar "Trampı dayandırın!", "Kiçik əllərini haqlarımdan uzaq saxla!", "İqlim dəyişikliyi yalan deyil!", "Cəhənnəm çuxurumuzdan uzaq dayan!" kimi şüarların yazıldığı plakatlar nümayiş etdiriblər.


Xəbərə aid fotolar