Hərbçilər aksiyaçılara atəş açdı: 3 ölü, 5 yaralı


Dünya 08 İyl 2018 14:40:00 216 0

Hərbçilər aksiyaçılara atəş açdı: 3 ölü, 5 yaralı

Hindistanın Cammu-Kəşmir vilayətində kütləvi aksiya keçirilib.

"Qafqazinfo" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, vilayətin Kulqam bölgəsində Hindistan hökumətinin təzyiqlərinə qarşı keçirilən aksiyanı hərbçilər silah gücü ilə dağıdıb.

Aksiyaçılara atəş açılması nəticəsində 2 gənc dünyasını dəyişib. Daha 5 nəfər isə yaralanıb.