Çaylarda suyun səviyyəsi dəyişib


Digərləri 08 İyl 2018 09:38:00 222 0

Çaylarda suyun səviyyəsi dəyişib

Çaylarda sululuq səviyyəsi açıqlanıb.

Bakı. Çaylarda sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 60-150, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edib. Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 37 faizini təşkil edib. 2017-ci ildə bu rəqəm 110 m3/s olmaqla ongünlük normanın 37 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 42,0 m3/s olmaqla, ongünlük normanın 29 faizini təşkil edib. 2017-ci ildə bu göstərici 50,0 m3/s təşkil edərək ongünlük normanın 34 faizinə bərabər olub.