Azərbaycan Avropaya fındıq ixracını artıracaq


Digərləri 08 İyl 2018 08:10:53 243 0

Azərbaycan Avropaya fındıq ixracını artıracaq

Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası Avropa bazarında ixrac coğrafiyasını genişləndirmək niyyətindədir.

Bakı. Hüseyn Vəliyev - Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası Avropa bazarında ixrac coğrafiyasını genişləndirmək niyyətindədir. Bunu Trend-ə assosiasiyanın sədri İsmayıl Orucov deyib. Onun sözlərinə görə, ötən həftə AZPROMO xətti ilə İsveçrəyə ixrac missiyası baş tutub. Bu missiyada təqribən 12 yerli istehsalçı iştirak edib: “Məhsulun ixracı məsələsində biosertifikatın olması vacibdir və bu ixrac missiyası çərçivəsində həmin sertifikata sahib yerli ixracatçı ilə ilkin razılıq əldə olunub. Ötən il İsveçrəyə ixracın ümumi həcmi 22 ton təşkil edib. Bu il biz bu göstəricinin artacağını gözləyirik. Bundan başqa, Avropa bazarında ixrac coğrafiyasını genişləndirməyə çalışacağıq. Oktyabr ayında ixracatçılar SIAL PARIS sərgisində iştirak edəcək”.