Yuxu arzusunda olanlar üçün


Digərləri 07 İyl 2018 23:25:00 321 0

Yuxu arzusunda olanlar üçün

Hər bir insan bəzən yatmaq istədiyinə rəğmən, yuxuya gedə bilməmək kimi narahatlıqla üzləşir. Xüsusən valideynlər bu problemlə daha çox üzləşirlər. Son.az gencaile.az-a istinadən bildirir ki, arzu olunan rahatlığı tapmaq üçün aşağıdakıları tövsiyyə edirik:

1. Kifayət qədər yuxu almırsınızsa, rejiminizi səhmana salın.

2. Çətinliklə yuxuya gedirsinizsə, gecə vaxtı aşırı qida qəbul etməyin, süd məhsulları və meyvə yeməyin. Əvəzində tərəvəz şorbası yeyin, razyana və nanəli çay için. Çaya 1 çay qaşığı bal əlavə etməyi unutmayın.

3. Daha tez yatmağa getmək istəyirsinizsə, lakin adət etdiyiniz vaxtdan öncə yuxuya gedə bilmirsinizsə, kiçik qurtumlarla, ağızda bir az saxlamaq və yavaş-yavaş udmaqla ilıq ballı süd için. İmkan daxilində lavanda ətirli buhur, şam və ya aroma lampa yandırın.