Cənubi Koreyada qadınların ən irimiqyaslı mitinqi keçirilib


Dünya 07 İyl 2018 21:38:00 246 0

Cənubi Koreyada qadınların ən irimiqyaslı mitinqi keçirilib

Cənubi Koreyada seksual xarakterli cinayətlərin araşdırılması zamanı qadınlara qoyulan ayrıseçkiliyə görə, Seulun mərkəzi rayonlarından birində qadınların üçüncü mitinqi keçirilib. Mitinqdə 18 min nəfər iştirak edib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Renhop"  agentliyi məlumat yayıb.

Daha əvvəl Seul polisi "Womad" saytı ilə bağlı araşdırmalara başlayıb. Saytda bir neçə universitetdə kişilər üçün ayaqyolunda çəkilmiş gizli kameraların videoları, eləcə də kişilərin fotoları yer alıb.