Unikal kadrlar: beynində əməliyyat olunur, o isə gitara çalır VİDEO FOTO


Digərləri 07 İyl 2018 20:30:00 260 0

Unikal kadrlar: beynində əməliyyat olunur, o isə gitara çalır  VİDEO  FOTO

Banqladeşli sənətçi, 31 yaşlı Taskin ibn Əli beynində cərrahiyyə əməliyyatı aparılarkən sevimli gitarasından ayrı qalmayıb. O, əməliyyat əsnasında gitara çalıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, unikal əməliyyat Hindistanın Banqalor şəhərindəki "Bhagawan Mahaveer Jain Hospital"da gerçəkləşdirilib.

Histoloji distoniya kimi nevroloji disfunksiyası olan Əli bu mərəz nəticəsində barmaqlarını tərpədə bilmirdi.

Əməliyyat başlanandan bir saat sonra o, barmaqlarını tərpətməyə və gitara çalmağa başlayıb. Cərrahlar bu minvalla pasiyentin barmaqlarının mobilliyinin bərpasını yoxlayıblar.

Dəkkə şəhərində yaşayan Taskin ibn Əli histoloji distoniya nəticəsində ötən ilin ortalarında sol əlinin barmaqlarını tərpətmək imkanından məhrum olmuşdu.


Xəbərə aid fotolar