Yarmarkalara nəzarət başlayıb Qida Təhlükəsizliyi Agentliyi


Digərləri 07 İyl 2018 20:38:00 279 0

Yarmarkalara nəzarət başlayıb  Qida Təhlükəsizliyi Agentliyi

Bu gündən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri tərəfindən Bakı və Sumqayıt şəhərlərində yerləşən yarmarkalarda qida təhlükəsizliyinə nəzarət başlayıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, satış yarmarkalarında ət və süddən nümunələr götürülür, sonra isə bu nümunələr ən son texnologiyalara cavab verən aparatlarla ilkin olaraq yoxlamadan keçirilir. Qida təhlükəsizliyinə nəzarət məntəqələrində satış üçün gətirilən kənd təsərrüfatı məhsullarının mənşə sənədi yoxlanıldıqdan sonra məhsullara vizual baxış keçirilir və ehtiyac yarandığı halda laborator müayinələr aparılır. Yarmarkalarda ət və süd məhsulları ilə yanaşı, meyvə və tərəvəzlərə də vizual baxış keçirilir. Qaydalara əsasən, gün ərzində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bütün məhsulların keyfiyyəti nəzarət altında saxlanılır və məhsulların keyfiyyətində hər hansı bir çatışmazlıq aşkar olunarsa həmin məhsulun satışı dərhal dayandırılır.

Qeyd edək ki, Agentlik tərəfindən ölkə üzrə mövcud olan 111 Baytarlıq-Sanitariya Ekspertiza laboratoriyalarında aparılan monitorinqlər və təkmilləşmə işləri nəticəsində 39 qida təhlükəsizliyi nəzarəti məntəqəsi yaradılıb. Hazırda qalan digər laboratoriyaların da maddi-texniki bazasının yaxşılaşdırılması, avadanlıq və ləvazimatlarla təmin olunması prosesi həyata keçirilir.


Xəbərə aid video