Gürcüstandakı soydaşlarımız barədə bu videoçarx


Dünya 07 İyl 2018 19:38:00 340 0

Gürcüstandakı soydaşlarımız barədə bu videoçarx

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsinin administrasiyasının hazırladığı video-çarx böyük narazılığa səbəb olub.

Son.az APA-ya istinadən xəbər verir ki, video-çarxda Kvemo Kartli bölgəsinin təbiəti, tarixi və dini abidələri, mədəniyyəti yer alıb.

Bölgə administrasiyasının rəsmi "Facebook" səhifəsində yerləşdirilmiş video-çarx qısa vaxt ərzində yerli azərbaycanlılar tərəfindən aktiv olaraq şərh olunub. Şərhlərdə video-çarxda Kvemo Kartli bölgəsində yaşayan azərbaycanlılara məxsus dini abidə və mədəniyyət nümunələrinin əks olunmamasından narazılıqlar ifadə olunub.

Kvemo Kartli administrasiyasından isə video-çarxın qurumda mövcud olan materiallar əsasında hazırlandığı bildirilib. Dövlət qurumu gələcəkdə hazırlanacaq bu cür video-çarxlarda bölgənin müxtəlifliyinin nəzərə alınacağını qeyd edib.


Xəbərə aid video