Dövlət Gömrük Komitəsindən "Ulduz-elektron" MMC-nin ittihamlarına MÜNASİBƏT


Digərləri 07 İyl 2018 16:33:00 245 0

Dövlət Gömrük Komitəsindən "Ulduz-elektron" MMC-nin ittihamlarına MÜNASİBƏT

Dövlət Gömrük Komitəsi (DGK) bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət açıqlayıb.

Bakı. Dövlət Gömrük Komitəsi (DGK) bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət açıqlayıb. DGK-dan Trend-ə verilən məlumata görə, bəzi KİV-lərdə "Ulduz-elektron" MMC adlı şirkətin direktoru Mədət Quluzadə tərəfindən Dövlət Gömrük Komitəsinin rəhbərliyi və əməkdaşlarına qarşı əsassız ittihamlar irəli sürülüb. Belə ki, həmin şəxs rəhbərlik etdiyi müəssisə tərəfindən dəniz yolu ilə İran İslam Respublikasından idxal etdiyi malların gömrük rəsmiləşdirilməsinin geciktirildiyini, gömrük orqanlarının yükü daşıyan gəmini mallarla birlikdə guya əsassız olaraq saxladığını iddia edir. Dövlət Gömrük Komitəsi bildirir ki, Mədət Quluzadə tərəfindən saxlanıldığı iddia edilən yüklər İran İslam Respublikasından Azərbaycan Respublikasında qeydiyyatda olan "Ulduz-elektron" MMC-nin ünvanına gəmi ilə gələn və Bakı Baş Gömrük İdarəsində "döşəmə, divar və s. üçün digər lövhəciklər" yükü adı altında bəyan edilən kafel metlax və keramika məmulatlarından ibarətdir. Yüklərə dair təqdim olunan ilkin sənədlər gömrük əməkdaşları tərəfindən araşdırılıb və adıçəkilən MMC tərəfindən gömrük orqanına bəyan olunan yükün bəyannamə üzrə 33-cü qrafada göstərilən malın kodu bölməsində qeyd edilən 691490 koduna uyğun olmaması barədə şübhə yarandığından aidiyyatı üzrə Təhqiqat bölməsində araşdırma başladılıb.