Dağıstanın sabiq səhiyyə naziri pul mənimsəməkdə şübhəli bilinərək saxlanılıb


Dünya 07 İyl 2018 16:22:52 256 0

Dağıstanın sabiq səhiyyə naziri pul mənimsəməkdə şübhəli bilinərək saxlanılıb

Bu gün səhər saatlarında Tanka İbrahimovun Mahaçqaladakı evində axtarış aparılıb

Dağıstanın sabiq səhiyyə naziri Tanka İbrahimov büdcə vəsaiti talamaqda şübhəli bilinərək saxlanılıb.

Bu barədə "Report" RİA "Dağıstan" agentliyinə istinadən xəbər verir.

"Bu gün səhər saatlarında Tanka İbrahimovun Mahaçqaladakı evində axtarış aparılıb. Axtarışdan sonra T.İbrahimov saxlanılıb. Hüquq-mühafizə orqanları onu külli miqdarda vəsaitimənimsəməkdə şübhəli bilir", -respublikanın güc strukturlarındakı mənbə bildirib.