"TRT World" erməni işğalından azad edilən Azərbaycanın Günnüt kəndindən veriliş hazırlayıb


Digərləri 07 İyl 2018 14:50:00 226 0

"TRT World" erməni işğalından azad edilən Azərbaycanın Günnüt kəndindən veriliş hazırlayıb

“TRT World” Naxçıvan Muxtar Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərindən geniş reportaj yayıb.

Bakı. Ləman Zeynalova - “TRT World” Naxçıvan Muxtar Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərindən geniş reportaj yayıb. Trend-in məlumatına görə, reportajda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Ermənistan Azərbaycan münaqişəsində qaynar nöqtə olub: "Naxçıvan Muxtar Respublikası Azərbaycanın mübahisəsiz gözəl ərazisi hesab edilir. Lakin dağ yamacları və geniş vadilər sülh və sabitlik hökm sürən Naxçıvanı Ermənistan Azərbaycan münaqişəsində qaynar nöqtəyə çevirib".