Karateçimiz Xorvatiyada beynəlxalq turnirin qalibi olub (FOTO)


Digərləri 07 İyl 2018 13:44:48 251 0

Karateçimiz Xorvatiyada beynəlxalq turnirin qalibi olub (FOTO)

21 yaşadək milli komandanın üzvü Murad Hacızadə (+84) Xorvatiyada Dünya Karate Federasiyasının (WKF) Kuboku uğrunda turnirin qalibi olub.

Bakı. 21 yaşadək milli komandanın üzvü Murad Hacızadə (+84) Xorvatiyada Dünya Karate Federasiyasının (WKF) Kuboku uğrunda turnirin qalibi olub. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın son günü tatamiyə çıxan digər idmançımız Fidan Teymurova (-50 kq) isə təsəlliverici görüşlərə qatılsa da, bürünc medal uğrunda həlledici qarşılaşmanın sonuna yaxın qələbəni əldən verib. Bir gün əvvəl turnirdə Roman Heydərov (kata) qızıl medala, Hüseyn Alıyev (-67 kq) isə bürünc mükafata sahib olub. Bununla da karateçilərimiz nüfuzlu yarışı iki qızıl və bir bürünc medalla başa vurub.