"Elmar Vəliyevin səhhəti artıq yaxşıdır, işinin başına dönməyi planlaşdırır"


Digərləri 07 İyl 2018 13:33:00 316 0

"Elmar Vəliyevin səhhəti artıq yaxşıdır, işinin başına dönməyi planlaşdırır"

"Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin səhhəti artıq yaxşıdır, qısa müddətdə işinin başına dönməyi planlaşdırır".

Son.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev bildirib.

O qeyd edib ki, E. Vəliyevin vəziyyəti ilə bağlı mütəmadi təmasdadır, onun səhhəti və müalicəsi, ümumiyyətlə hadisənin motivi ilə bağlı yayılan şayiələrin heç bir əsası yoxdur: "Qısa bir müddət ərzində gəncəlilər Elmar müəllimi işinin başında görəcəklər. O, ulu öndərin kursunun, cənab Prezidentin sadiq əsgərlərindəndir. Elmar müəllim daim yerli əhali, ictimaiyyət nümayəndələri ilə ünsiyyətdə olduqca nümunəvi davranış, təvazökarlıq nümayiş etdirib. Buna onun Gəncədə formalaşdırdığı komandanın fəaliyyətində də şahid olmaq olar".