İstirahət günü hava necə olacaq?


Digərləri 07 İyl 2018 12:50:00 272 0

İstirahət günü hava necə olacaq?

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti hökm sürəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu yarımadada gecə 23-26° isti, gündüz 29-34° isti, Bakıda gecə 24-26° isti, gündüz 30-32° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Abşeronun şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək.