Kanadada anomal isti hava həftə ərzində 54 nəfərin ölümünə səbəb olub


Dünya 07 İyl 2018 12:37:19 237 0

Kanadada anomal isti hava həftə ərzində 54 nəfərin ölümünə səbəb olub

Monrealda ölənlərin 60%-i çoxmərtəbəli binalarda yaşayan və evlərində kondisioner olmayan tənha kişilərdir

Kanadanın Kvebek əyalətində anomal isti havasəbəbindən yeddi gün ərzində 54 nəfər ölüb.

Bu barədə "Report" CBC-yə istinadən xəbər verir.

Ən çox insan (28 nəfər) Monrealda dünyasını dəyişib. Ölənlərin çoxu 65 yaşdan yuxarı və "fiziki və ya psixi sağlamlığında problemlər" olanlardır.

Monrealda ölənlərin, təqribən,60% -i çoxmərtəbəli binalarda yaşayan və evlərində kondisioner olmayan tənha kişilərdir.

Kvebekdə havanın temperaturu bu həftə müsbət 34°C qədər qalxıb.

İyulun 5-də təcili yardım maşınları 1 378 çağırışa gedib, bu da normadan 30% çoxdur.

Proqnozlaşdırılır ki, yaxın iki gün ərzində havanın temperaturu müsbət 29°C səviyyəsində qalacaq.