Qadın qeysəriyyə əməliyyatından bir ay sonra xəstəxanada öldü


Digərləri 07 İyl 2018 12:09:00 298 0

Qadın qeysəriyyə əməliyyatından bir ay sonra xəstəxanada öldü

Qaxda bir ay əvvəl qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirən qadın xəstəxanada ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, Qax rayonu Zəyəm kənd sakini, 1993-cü il təvəllüdlü Fildurə Vahid qızı Novruzlu iyulun 6-sı səhər saat 10 radələrində ağır vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub. 25 yaşlı Fildurə Novruzlu axşam saat 17 radələrində reanimasiya şöbəsində ölüb.