Barmaq izi sağlamlıqdan xəbər verəcək


Digərləri 07 İyl 2018 08:31:00 301 0

Barmaq izi sağlamlıqdan xəbər verəcək

Cənubi Koreyanın Milli Elm və Texnologiyalar İnstitutunun alimləri smartfon sahibinin ölümünü müəyyənləşdirən barmaq skaneri hazırlayıblar.

Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, mütəxəssislər tərəfindən barmaq izi skanerinin funksiyaları təkmilləşdirilib. Təkmilləşdirilmiş texnologiya təkcə qurğu sahibini deyil, eyni zamanda onun vəziyyətini müəyyənləşdirə bilir.

Bildirilir ki, skaner qurğu istifadəçisinin bədəninin temperaturunu təyin edir: bədənin temperaturu Selsi üzrə 30-45 dərəcə arasında dəyişən zaman qurğu blokdan çıxarılır. Bununla yanaşı, temperatur göstəricisi müəyyən edilmiş çərçivəyə sığmadığı halda qurğu blokdan çıxarılmamış vəziyyətdə qalır, çünki insan bədəni başqa temperatura dözə bilmir.