App Storeda ən populyar əlavələr


Digərləri 07 İyl 2018 07:31:00 258 0

App Storeda ən populyar əlavələr

"App Annie" analitik şirkəti "App Store" əlavələr mağazasının mövcud olduğu müddət ərzində "iOS" əməliyyat sistemi üçün ən populyar proqramların siyahısını təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, analitiklər tərəfindən reytinqin lideri "iOS" sisteminin "Facebook" proqramı seçilib. Sonrakı yerlərdə müvafiq olaraq "Facebook Messenger", "YouTube", "Instagram", "WhatsApp Messenger", "Google Maps", "Snapchat", "Skype", "WeChat" və "QQ" qərarlaşıb. Oyun seqmentində "Candy Crush Saga", "Subway Surfers" və "Fruit Ninja" layihələri birinci olublar.

Məlumata görə, "App Store" mağazasında yüklənən əlavələrin ümumi sayı 170 milyardı üstələyib. Təkcə 2017-ci ildə istifadəçilər tərəfindən qurğulara ümumilikdə 30,5 milyarda yaxın proqram və oyun quraşdırılıb.