Bakıda tramvay xətləri bərpa olunacaq?


Digərləri 07 İyl 2018 07:37:00 393 0

Bakıda tramvay xətləri bərpa olunacaq?

Fransanın "Alstom" dəmiryol nəqliyyatı şirkəti Bakıda tramvay xətlərinin bərpası layihəsinin reallaşdırılması ilə bağlı Azərbaycan tərəfinin qərarını gözləyir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu şirkətin Qərbi və Mərkəzi Asiya üzrə idarəedici direktoru Bernard Pell deyib.

B.Pell bildirib ki, bir neçə il əvvəl Bakıda tramvay xətlərinin bərpa olunması ilə bağlı təklif irəli sürüblər:

"Lakin paytaxtda Formula-1 yarışlarının keçirilməsi ilə əlaqədar planları və tramvay xəttinin profilini dəyişməli olduq".