İnternetə qoşulan ev qurğuları bazarı sürətlə artır


Digərləri 07 İyl 2018 07:11:00 269 0

İnternetə qoşulan ev qurğuları bazarı sürətlə artır

"IDC" analitik şirkətinin qiymətləndirməsinə görə, 2017-ci ildə dünyada 433,1 milyon internetə qoşulan ev qurğusu satılıb. Bu, əvvəlki ildən 27,6 faiz çoxdur. 2022-ci ilədək illik satış həcminin 939,7 milyon qurğuyadək artacağı gözlənilir ki, bu da 18,5 faiz illik orta artım tempinə uyğundur.

Son.az ICTnews-a istinadən bildirir ki, intellektual ev qurğuları bazarı yenicə inkişaf etməyə başlasa da, alıcı və istehsalçıların davranışında artıq dəyişikliklər baş verib. Avadanlıq istehsalçıları qurğuların işini müxtəlif virtual köməkçi funksiyaları (Alexa, Siri, Google Assistant) ilə təmin etməyə çalışırlar, alıcılar isə belə funksiyalara ehtiyatla yanaşsalar da, əksər ev qurğuları üzərində daha təbii idarəetmə interfeysi əldə etmək istəyirlər.

Pul ifadəsində bazarın təxminən 1/4 hissəsini televizorlar və digər videoqurğular tutur. Onların qiyməti orta hesabla digər qurğulardan bahadır. Böyüklüyünə görə ikinci seqment ötürücü və mühafizə qurğularıdır (elektron qıfıl, kamera, zəng, rütubətölçən cihazlar və s.)