Azərbaycanda 35 yaşdan sonra evlənən kişilərin sayı qadınlardan 2 dəfə çoxdur


Digərləri 06 İyl 2018 19:30:35 213 0

Azərbaycanda 35 yaşdan sonra evlənən kişilərin sayı qadınlardan 2 dəfə çoxdur

Azərbaycanda 35 yaşdan sonra ailə quran kişilərin sayı bu yaşdan sonra ərə gedən qadınların sayından 2-3 dəfə çoxdur.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda 35 yaşdan sonra ailə quran kişilərin sayı bu yaşdan sonra ərə gedən qadınların sayından 2-2,5 dəfə çoxdur. Trend-in məlumatına görə, Azərbaycanda kişilərin böyük hissəsi 25-34 yaş arasında ailə qurur. Ötən il nikaha daxil olan 62923 kişinin 39402-si 25-34 yaşlı olub. 2003-cü ildə ailə quran 56091 kişinin 34189-u, 2008-ci ildə 79964 kişinin 42584-ü, 2013-cü ildə 86852 kişinin 47756-sı, 2016-cı ildə 66771 kişinin 40156-sı 25-34 yaşlı olub. Son 15 il ərzində yaşı 35-dən yuxarı olan kişilər tərəfindən bağlanan nikahların sayına görə ən yüksək göstərici 2013-cü ildə qeydə alınıb. 2011-ci ildə ümumi nikahların yalnız 11 808-i yaşı 35 və daha yuxarı olan kişilər tərəfindən bağlanılıb. 2012-ci ildə bağlanmış 79 065 nikahın 10 948-i, 2013-cü ildə 86 852 nikahın 12 186-da bəylərin yaşı 35 və daha yuxarı olub.