"BMW" 12 minə yaxın avtomobili geri çağırdı


Dünya 06 İyl 2018 18:42:00 476 0

"BMW" 12 minə yaxın avtomobili geri çağırdı

"BMW" Almaniyada 12 minə yaxın dizel mühərrikli avtomobilini geri çağırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu qərar həmin avtomobillərdə zərərli maddələrin buraxılışına nəzarət sistemindəki qüsurlarla bağlıdır.

Bir müddət əvvəl, Münhen prokurorluğu dizel mühərrikli avtomobillərin təmizləmə sistemlərində manipulyasiyalarla əlaqədar yoxlamalara başlamışdı. Məlum olub ki, bir sıra avtomobillər havaya normadan artıq azot oksidi buraxıb.