Novruz Məmmədov ARDNF Müşahidə Şurasının sədri seçilib


Digərləri 06 İyl 2018 18:36:00 243 0

Novruz Məmmədov ARDNF Müşahidə Şurasının sədri seçilib

Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki,  Baş nazir Novruz Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının qərarı ilə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.

İclasda Dövlət Neft Fondunun 2017-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabat, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2017-ci il büdcəsinin icrası və Fondun 2018-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələlərinə baxılıb.