İƏT Gənclər Forumu Şimali Afrika üzrə beynəlxalq məşvərət iclası keçirib FOTO


Dünya 06 İyl 2018 16:27:00 259 0

İƏT Gənclər Forumu Şimali Afrika üzrə beynəlxalq məşvərət iclası keçirib  FOTO

Mərakeş Krallığının paytaxtı Rabat şəhərində İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təşkilatçılığı ilə Şimali Afrika ölkələrinin quruma üzv təşkilatlarının, eləcə də Mərakeşdə fəaliyyət göstərən aparıcı gənclər təşkilatlarının iştirakı ilə Şimali Afrika üzrə İƏT gənclərinin beynəlxalq məşvərət iclası keçirilib.

İƏT Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzindən Son.az-a məlumatına görə, məşvərət iclasının əsas məqsədi bu ilin aprel ayında Bakıda keçirilmiş İƏT Gənclər və idman nazirlərinin 4-cü konfransında qəbul edilmiş İƏT gənclər strategiyası və gənclərin birgə fəaliyyət planı sənədlərinin reallaşdırılması, icrası və bu istiqamətdə yeni ideyaların və layihələrin müzakirə edilməsi idi.

Tədbirə sədrlik edən İƏT Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzinin direktoru Elçin Əsgərov təşkilatın sədri səfir Elşad İskəndərovun iştirakçılara ünvanlanan müraciətini oxuyub. Müraciətdə Elşad İskəndərov gənc liderləri kreativ ideyalar ətrafında müzakirələr aparmağa və gənclər strategiyasının icrası ilə bağlı layihələrdə Afrika regionu gənclərini aktiv olmağa, bu layihələrdən regionun inkişafı üçün maksimum yararlanmağa çağırıb.

Daha sonra İƏT Gənclər Forumunun əməkdaşı Alpay Əhmədov Forumun həyata keçirdiyi beynəlxalq layihələr - gənclər sivilizasiyaların ittifaqı uğrunda, Xocalıya ədalət beynəlxalq məlumatlandırma kampaniyası, İƏT gənc iş adamları şəbəkəsi, İƏT modeli beynəlxalq münasibətlər akademiyası, İƏT gənclər paytaxtı, İƏT startap və digər layihələr haqda geniş təqdimatla çıxış edib.


Xəbərə aid fotolar