İƏT Gənclər Forumu BMTİƏT görüşündə iştirak edib FOTO


Dünya 06 İyl 2018 16:09:00 194 0

İƏT Gənclər Forumu BMTİƏT görüşündə iştirak edib FOTO

Mərakeş Krallığının paytaxtı Rabat şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatı (BMT) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 3 gün davam edən 14-cü sessiyası öz işini başa çatdırıb.

İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzindən Son.az-a verilən məlumata görə, tədbirin əsas məqsədi həm BMT, həm də İƏT-ə bağlı təşkilatlar arasında mövcud olan əməkdaşlıq yollarını inkişaf etdirməkdir.

Tədbir İSESCO-nun Rabatdakı baş qərargahında BMT və İƏT-ə üzv təşkilat rəhbərləri və nümayəndələrinin iştirakı ilə keçirilib. Görüşdə ötən dövr ərzində həyata keçirilmiş fəaliyyətlər müzakirə olunub, gələcək müştərək layihələr nəzərdən keçirilib.

Tədbirdə Dialoq və Əməkdaşlıq uğrunda İƏT Gənclər Forumu nümayəndə heyəti də iştirak edib, İƏT Gənclər Forumunun sədri Elşad İskəndərovun iştirakçılara ünvanlanmış təşkilatın fəaliyyətini əks etdirən müraciəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb.


Xəbərə aid fotolar