Karateçilərimiz Xorvatiyada beynəlxalq turnirin ilk günündə iki medal qazandı (FOTO)


Digərləri 06 İyl 2018 14:36:18 242 0

Karateçilərimiz Xorvatiyada beynəlxalq turnirin ilk günündə iki medal qazandı (FOTO)

Azərbaycan karateçiləri Xorvatiyanın Umaq şəhərində keçirilən 12-21 yaşlı idmançılar arasında Dünya Karate Federasiyasının (WKF) kuboku uğrunda yarışın ilk günündə iki medala sahib olublar.

Bakı. Azərbaycan karateçiləri Xorvatiyanın Umaq şəhərində keçirilən 12-21 yaşlı idmançılar arasında Dünya Karate Federasiyasının (WKF) kuboku uğrunda yarışın ilk günündə iki medala sahib olublar. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, 21 yaşadək gənclər arasında mübarizəyə qoşulan dörd idmançıdan Roman Heydərov kata yarışlarında qalib gəlib. Hüseyn Alıyev (67 kq) isə turnirin bürünc mükafatını qazanıb. Təsəlliverici görüşlərin həlledici qarşılaşmasında məğlub olan Elcan Məmmədrzayev (60 kq) və Hümmət Baxşəliyev (ikisi də 67 kq) son anda bürünc medalı əldən veriblər.