“Aquapark”dakı ölümün TƏFƏRRÜATI


Digərləri 06 İyl 2018 12:45:03 249 0

“Aquapark”dakı ölümün TƏFƏRRÜATI

Novxanıda yerləşən "AF Hotel & Aquapark" əyləncə mərkəzində gənc oğlanın ölümünə qıcolma səbəb olub. 

Son.az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında mərkəzin icraçı direktoru Azər Alıyev deyib. 

Qeyd edək ki, dünən mətbuatda 1983-cü il təvəllüdlü Zamiq Nağıyevin attraksiondan yıxılaraq öldüyü haqda xəbərlər yayılmışdı.

Bundan başqa, Nağıyevin qardaşı Nicat Nağıyev qafqazinfo-ya açıqlamasında başqa iddia irəli sürüb. Onun sözlərinə görə, Zamiqin başına attraksiondan başqa şəxs düşüb və daha sonra qardaşı ölüb.

Hotelin direktorunun sözlərinə görə, bu informasiyalar həqiqəti əks etdirmir. 

"Faktla bağlı cinayət işi başlanıb. Prokurorluğun əməkdaşları hadisənin təfərrüatını araşdırır və mən hər şeyi deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, Nağıyev və dostları bir-biri ilə zarafat edirmiş.

Bu zaman Nağıyevin dili qatlanıb. Ona dərhal ilk yardım göstərilib. Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb", - Alıyev bildirib.