Toya hazırlaşan ailə "yenidən doğulmaq" üçün intihar etdi VİDEO FOTO


Digərləri 06 İyl 2018 12:39:00 356 0

Toya hazırlaşan ailə "yenidən doğulmaq" üçün intihar etdi  VİDEO  FOTO

Dünyanın sonu yaxınlaşır. Yenidən doğulmaq, daha güclü olmaq üçün bu həyatla vidalaşmalıyıq.

Ailə başçısının gündəliyində bu sözlər yazılmışdı. Həmin kişi və onun 10 nəfərlik ailəsi intihar ediblər.

Son.az Daily Mail-ə istinadən bildirir ki, faciə Hindistanın paytaxtı Dehlidə yaşanıb.

77 yaşlı Narayan Devinin, onun övladlarının və nəvələrinin cəsədləri evdə tapılıb.

Narayan Devinin meyiti çarpayısında idi. Ailənin digər 10 üzvü isə gözlərini bağlayandan sonra həyətdə özlərini asmışdılar.

Həyətdə özlərini asaraq intihar edənlər 50 yaşlı Bhavneş Bhatiya və onun 45 yaşlı qardaşı Lalit Bhatiya, onların xanımları - 48 yaşlı Savita Bhatiya və 42 yaşlı Tina Bhatiya, habelə 57 yaşlı Pratibha, 33 yaşlı Priyanka, 25 yaşlı Nitu, 23 yaşlı Manu, 15 yaşlı Dhruv və Şivam idilər.

Ailə başçısı Bhavneş Bhatiyanın dükanı və süd sexi vardı.

Polisdən verilən məlumata görə, Bhavneş Bhatiyanın gündəliyi tapılıb. 2015-ci ildən bəri gündəliyə hər gün qeydlər edən Lalit "dünyanın sonu"na hazırlaşıb.


Xəbərə aid video


Xəbərə aid fotolar