Fransa XİN: ABŞ-ın İrana qarşı sanksiyalarına cavab noyabr ayınadək hazırlanacaq


Dünya 06 İyl 2018 11:53:40 279 0

Fransa XİN: ABŞ-ın İrana qarşı sanksiyalarına cavab noyabr ayınadək hazırlanacaq

Jan-İv Le Drian: "Amerikanın İrana qarşı sanksiyaları avqustdan tətbiq olunacaq"

"ABŞ-ın İrana və onunla ticarət edən şirkətlərə sanksiyalarına qarşı çoxtərəfli cavab noyabr ayınadək hazırlanacaq".

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə RTL yerli radiostansiyanın efirində Fransa XİN rəhbəri Jan-İv Le Drian bildirib.

"Bu mövzu gündəmdədir", - fransalı nazir bildirib.

O xatırladıb ki, sanksiyalar avqustdan tətbiq olunacaq: "Buna qədər bizim çox az vaxtımız var. Lakin gözlənilənikinci dalğayadək, yəninoyabra qədər biz vacib qərarlar qəbul edəcəyik".