Lənkəranda yük maşını aşdı:


Digərləri 06 İyl 2018 09:54:00 250 0

Lənkəranda yük maşını aşdı:

Lənkəranda yük maşını aşıb, iki nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə ucqar dağ kəndi olan Biləsərdə baş verib.

Belə ki, yük avtomobili hərəkətdə olarkən təkəri oxdan çıxıb və nəticədə nəqliyyat vasitəsinin aşması zamanı kənd sakinləri - 1989-ci il təvəllüdlü Raqib Rüstəm oğlu Məmmədov və 1982-ci il təvəllüdlü Firdovsi Xudaverdi oğlu Poladov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilərək travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.