Paytaxtda orta yaşlı kişi özünü bıçaqladı


Digərləri 06 İyl 2018 09:26:00 215 0

Paytaxtda orta yaşlı kişi özünü bıçaqladı

Paytaxtın Binəqədi rayonunda intihara cəhd hadisəsi baş verib.

Son.az report-a istinadən xəbər verir ki, Əcəmi Naxçıvani küçəsi, 27 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Xəlilov Taleh Arif oğlu bıçaqla qarın nahiyəsinə zərbə endirib.

Yaralı qarının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları intihara cəhdin səbəblərini araşdırır.