Konyada sərnişin avtobusu aşıb


Dünya 06 İyl 2018 08:15:00 242 0

Konyada sərnişin avtobusu aşıb

Sərnişin avtobusu, Afyonkarahisar və Konya arasındaki avtomobil yolunda, İlgin bölgəsinin yaxınlığında ağır qəzaya uğrayıb. Qəza nəticəsində 4 uşaq olmaqla 32 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları cəlb olunub. Avtobus sürücüsü ağır vəziyyətdə Konya şəhərinə aparıldı, digər yaralılar isə İlgin və Akşehir dövlət xəstəxanalarına yerləşdirildi.

Qəzadan sonra mərkəzi avtomobil yolu təxminən 2 saat bağlı qaldı, lakin avtobus qəza yerindən götürüldükdən sonra yolda hərəkət bərpa edildi.