"Hamı istəyir ki, bu millətin ocağını söndürənin ocağı söndürülsün"


Digərləri 06 İyl 2018 07:14:00 304 0

"Hamı istəyir ki, bu millətin ocağını söndürənin ocağı söndürülsün"

"Bu məsələdə xalq qəlbən və ruhən prezidenti dəstəkləyəcək"

Bu məsələdə xalq qəlbən və ruhən prezidenti dəstəkləyəcək.

"Elə məsələlər və ya şeylər var ki, əlavə şərhlər onun səviyyəsinə, tutumuna xələl gətirə bilər. Prezident İlham Əliyevin də ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən son müşavirədəki çıxışı, verdiyi mesajlar, səsləndirdiyi fikirlər bu qəbildəndir".

Bunu Son.az-a açıqlamasında Milli Məclisin üzvü, tarix elmləri doktoru, professor Fəzail İbrahimli iyulun 3-də "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş vermiş qəzadan sonra ölkədə yaranmış elektrik enerjisi böhranının qısa zamanda aradan qaldırılması ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirləri və enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən son müşavirədə dövlət başçısının səsləndirdiyi fikirləri, eləcə də verdiyi mesajları dəyərləndirərkən deyib.

Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib - FOTO  Millət vəkilinin fikrincə, Prezidentin müşavirədə açıq-aydın formada dedikləri, verdiyi mesajlar və açıq ifadələri bütün millətin, xalqın istəyi, ürəyindən gələn sözlər idi: "Təbii ki, baş vermiş hadisənin günahkarları tapılacaq və cəzalandıralacaq. İndi bütün xalq, millət, o cümlədən dövlət başçısı hadisənin araşdırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının yekun rəyini, gəldiyi nəticələri gözləyir. Hamı istəyir ki, bu millətin ocağını söndürənin ocağı söndürülsün. Bu millətin başına bu müsibəti gətirən adamın da başına bu cür müsibət gətirilməli, ən ciddi və sərt şəkildə cəzalandırılmalıdır. Bu cəza bütün xalqın ürəyindən olacaq, heç kim buna qarşı çıxmayacaq. Bu məsələdə xalq qəlbən və ruhən prezidenti dəstəkləyəcək. Nə yaxşı ki, heç olmasa prezident belə bir mövqedədir. Bəziləri deyir ki, prezident sərt mövqe göstərdi. Əslində prezident dövlətə qarşı edilmiş laqeyd münasibəti çox sivil formada ifadə etdi və onun mövqeyi də çox ədalətlidir. Dövlət başçısının öz sözləri ilə desək, o hələ bunları çox yumşaq formada deyib.

Ona görə də mən də bir adi vətəndaş, eləcə də bir deputat, bir ziyalı kimi cənab Prezidentin müşavirədə səsləndirdiyi fikir və çağırışlara qoşuluram.