Gürcüstan Azərbaycana elektrik enerjisi tədarükünü iki dəfə artırıb


Digərləri 05 İyl 2018 23:43:00 305 0

Gürcüstan Azərbaycana elektrik enerjisi tədarükünü iki dəfə artırıb

Bu səbəbdən Gürcüstan Ermənistana elektrik enerjisi ixracını azaldıb

Gürcüstan Azərbaycana elektrik enerjisi tədarükünü iki dəfə artırıb. Çərşənbə günü ölkənin qəza səbəbindən işıqsız qalmış bölgələrinin təmin edilməsi üçün qonşu dövlətdən 2 milyon kVt/saatdan çox elektrik enerjisi alınıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Gürcüstanın "Elektrik enerjisi sisteminin kommersiya operatoru"nun (ESCO) məlumatında bildirilir.

ESCO-nun xəbərinə görə, 1 və 2 iyul tarixlərində Azərbaycana elektrik enerjisi tədarük olunmayıb, 3 və 4 iyul tarixlərində isə bu, ümumilikdə 3,1 milyon kVt/saatdan çox təşkil edib. Azərbaycana elektrik enerjisi tədarükü 330 kV-lik "Qardabani" hava xətti ilə həyata keçirilir.