Novxanıda attraksionda ölümə nə səbəb olub?


Digərləri 05 İyl 2018 22:21:00 273 0

Novxanıda attraksionda ölümə nə səbəb olub?

Novxanıda yerləşən "Aqua Park" əyləncə mərkəzində ölüm hadisəsi baş verib.

Əyləncə mərkəzində olan attraksionda insanlar arasında toqquşma baş verib və bir nəfər həyatını itirib.

Son.az lent.az-a istinadən xəbər verir ki, əyləncə mərkəzinin meneceri Sevinc Rəşidova Lent.az-a bildirib ki, hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları var və məsələni araşdırırlar:

"Bizi yaxına buraxmırlar. Ona görə ölən şəxsin kimliyi bilmirəm. Mərhumu morqa aparıblar. Bildiyimiz odur ki,  Azərbaycan vətəndaşıdır.  Bizə belə bir məlumat daxil olub ki, həmin şəxsin hər hansısa bir xəstələliyi, konkret olaraq qıc olması olub".