Bu il 1952 Çağrı Mərkəzinə 5 mindən çox müraciət olub


Digərləri 05 İyl 2018 21:36:00 219 0

Bu il 1952 Çağrı Mərkəzinə 5 mindən çox müraciət olub

2018-ci ilin birinci yarımilində 195-2 Çağrı Mərkəzinə 5 mindən çox müraciət olub.

Son.az Trend-ə istinadən bildirir ki, 2018-ci ilin yanvar-iyun aylarında nazirliyin 195-2 Çağrı Mərkəzinə daxil olan müraciətlərin 4 minə yaxın hissəsi canlı rejimdə birbaşa, digər hissəsi isə səsli menyu vasitəsilə cavablandırılıb.

Müraciətlər əsasən, lisenziyaların verilməsi, güzəştli kreditlərdən istifadə qaydaları, istehlakçıların hüquqlarının müdafiəsi, sahibkarlıq fəaliyyəti, qrant müqavilələrin (qərarların) qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.