Azərbaycanın fövqəladə hallar atlası hazırlanacaq VİDEO


Digərləri 05 İyl 2018 21:17:00 274 0

Azərbaycanın fövqəladə hallar atlası hazırlanacaq  VİDEO

Azərbaycanın fövqəladə hallar atlası hazırlanacaq. Bunun üçün Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən iş aparılır. Həmin atlasda ölkə ərazisində baş verə biləcək həm təbii, həm də texnogen fövqəladə hallar və onun qarşısını almaq üçün nələri etməyin mümkün olduğu qeyd ediləcək.

Sellər, vulkan püskürmələri, sürüşmələr, o cümlədən ölkəmizdə fövqalədə hala səbəb ola biləcək qurğu və avadanlığların sıradan çıxması kimi bütün hadislərin qeyd edildiyi atlas yaradılacaq. Hətta ''Fövqəladə Hallar Atlasında'' bu hadislərinn qarşısını almaq üçün atıla biləcək addımlarda qeyd ediləcək...

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bunun üçün artıq bir çox nazirliklərində daxil olduğu redaksiya heyyəti formalaşdırılıb və yol xəritəsi hazırlanıb. Bu barədə Xəzər Xəbərə Elmlər Akademiyasının geologiya və geofizika instunun əməkdaşı və Fövqəladə Hallar Atlasının yaranması üzrə təşkilat qurupunun üzvü Tariyel Hüseynov məlumat verib.

''Azərbaycanın Fövqəladə Hallar Atlası''-nın iki hissədən ibarət olması planlaşdırılır. Birinci hissədə təbi səbəblərdən baş verə biləcək fövqəladə hallar, ikinci hissədə isə texnogen səbəblərdən baş verə biləcək fövqəladə hallar öyrəniləcək. Atlasın nəşr edilməsində məqsəd təbii resurslardan səmərəli istifadə, əhalinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan maksimum qorunmasıdır.Tariyel Hüseynovu sözlərinə görə bu nəşrdə xüsusi ilə Mingəçevir və digər su anbarlarının vəziyyətibarədə məlumat veriləcək və orada mütəmadi monitorinqlər həyata keçirilcək.


Xəbərə aid video